Kiyevdə qanlı döyüşlər- - Müxalifət Dövlət Televiziyasını aldı

kiyevde-qanli-doyusler-
Oxunma sayı: 1917


“Qafqazinfo” Musavat.com-a istinadən xəbər verir ki, təcili tibbi yardım maşınları hələlik ancaq yaralıları xəstəxanalara çatdırmağa səy göstərir. Çünki hökumət qüvvələri həkimlərin müxalifət tərəfdarları olan küçələrə keçməsini əngəlləyir. Gələn xəbərlərə görə, günorta saatlarında Maydana yaxın ərazidə Təcili Tibbi Yardım maşınının atəşə tutulması nəticəsində 1 həkim, sanitar və sürücü yaralanıb. Yaralıları ərazidəki müxalifətçilər şəhər xəstəxanalarından birinə çatdırıb.

Maydanın hökumət binaları istiqamətindən girişində yerləşən “Ukrayna” otelinin qarşısı meyitlərlə doludur. Unian.net-in verdiyi xəbərə görə, bir neçə saat öncə küçə döyüşlərində öldürülən daha 13 nəfərin meyiti otelin önünə gətirilib.

 Ukraynanın yerli qaynaqları Avromaydan təmsilçilərinin bir sıra hökumət binalarını, o sıradan Dövlət Teleradio Şirkətinin binasını tutduğunu yazır. Verilən xəbərlər sırasında bir sıra hakimiyyət təmsilçilərinin müxalifətçilərə qoşulduğu da var. Səhər saatlarında Daxili Qoşunların onlarla əsgəri silahlarını müxalifətçilərə verərək könüllü əsir düşüblər.