Kiyevdə silahlı atışma - 6 yaralı

kiyevde-silahli-atisma
Oxunma sayı: 1021

Ötən axşam Ukraynanın paytaxtı Kiyevdə kütləvi dava olub.

“Qafqazinfo” “Unian.net”ə istinadən xəbər verir ki, iki qrup arasında yaranan mübahisə davaya çevrilib. Bu zaman tərəflərdən biri travmatik silahdan atəş açaraq bir nəfəri yaralayıb. Daha 4 nəfər gözyaşardıcı qazdan zəhərlənib. Bir nəfər isə başından ciddi xəsarət alıb. 

Hadisənin başvermə səbəbləri məlum deyil. Polis faktla bağlı araşdırma aparır.