Kiyevdə Zərifə Əliyevanın yubileyi qeyd olundu

kiyevde-zerife-eliyevanin-yubileyi-qeyd-olundu
Oxunma sayı: 635

“Qafqazinfo” xəbər verir ki, Ukrayna Azərbaycanlıları Konqresindən (UAK) verilən məlumata görə, tədbirdə Azərbaycanın Ukraynadakı səfiri Eynulla Mədətli, Azərbaycan Milli Məclisinin üzvü Elmira Axundova, UAK sədri Rövşən Tağıyev, o cümlədən orada yaşayan azərbaycanlılar ilə yanaşı yerli hökumət və ictimaiyyət nümayəndələri də iştirak ediblər.

Akademikin heykəli önündə toplaşanlar qarşısında çıxış edən səfir E.Mədətli Zərifə Əliyevanın həyat və fəaliyyətindən bəhs edərək bildirib ki, Azərbaycanın tanımış xanımının adına burada belə bir parkın, heykəli olması Ukrayna xalqının Azərbaycan xalqı ilə dostluq əlaqəsinin bariz nümunəsidir. Deputat E.Axundova isə çıxış edərək Zərifə Aleyvanın həm görkəmli tibb xadimi həm də nümunəvi həyat yoldaşı, ana olmasından bəhs edib. O qeyd edib ki, akademik Zərifə Əliyeva yegnə azərbaycanlı qadındır ki, o bir sıra mükafatlarla yanaşı SSRİ Tibb Elmlər Akademiyasının M. İ. Averbax adına mükafatına layiq görülüb. UAK sədri R.Tağıyev də çıxışında bildirib ki, dünya üzrə tanınmış həmyerliləri olan Zərifə xanım Əliyevanın Kiyev vilayətində belə bir heykəlinin qoyulması və buradakı iri orta məktəblərdən birində onun muzeyinin açılması uzun illərdi Ukraynada yaşayan çoxsaylı azərbaycanlılar üçün qürur mənbəyidir. O ukraynalıların yaddaşında da Zərifə Xanım Əliyevanın və onun ömür gn yoldaşı ümumilli lider Heydər Əliyevin əziz xatirələr ilə qalmasından danışıb.Çıxış edən UAK-ın Kiyev şəhər təşkilatının sədri, əslən azərbaycanlı olan Oleq Krapivin akademik Zərifə Əlieyva ilə bağlı xatirələrini bölüşüb və bildirib ki, onun buradakı heykəli Azərbaycan və Ukrayna xaqları arasında dostluq körpüsü rolunu oynayacaq. Toplantıfda Kiyev vilayətində Zərifə Əliyevanın adına muzeyin fəaliyyət göstərdiyi 12 nömrəli məktəb- liseyin direktoru xanım Valentina Antoninko bildirib ki, muzey çoxsaylı şagirdlər tərəfindən mütəmadi olaraq aktiv ziyarət olunur, Zərifə xanımın həyat və yaradıcılığı ilə maraqlanılır. O həmçinin bildirib ki, məktəb ilə Zərifə Əliyevanın ata- baba yurdu olan Azərbaycanın NAxçıvan MR—nın Şahtaxt kənd orta məktəbi ilə əməkdaşlıq yaradılıb və iki məktəb arasında əlaqələr ilə bağlı Kiyevdən NAxçıvana, NAxçıvandan Kuyevə qarşılıqlı səfərlər olunur.

Toplantı digər iştirakçıların akademik haqqında anım fikirləri ilə davam edib.