Klassik maşınınız var? - Elə isə oxuyun

klassik-masininiz-var
Oxunma sayı: 642

Azərbaycan Avtomobil Federasiyası (AAF) avqustun 26-da klassik avtomobillərin yürüş və sərgisini təşkil edəcək. 

“Qafqazinfo”ya daxil olan məlumata görə, bununla əlaqədar olaraq AAF klassik avtomobil sahiblərini tədbirdə iştiraka dəvət edir. 

1980-ci ilədək istehsal olunan klassik avtomobillərin sahibləri 22 avqust saat 18:00-dək Avtomobil Federasiyasında qeydiyyatdan keçə bilər.