Kliçko Ukraynanı ümumi səfərbərliyə çağırdı

klicko-ukraynani-umumi-seferberliye-cagirdi
Oxunma sayı: 3689


“Qafqazinfo” Ukrayna mətbuatına istinadən xəbər verir ki, ölkə prezident səlahiyyətlərini icra edən Aleksandr Turçinova müraciət edərək hərbi təcavüzlə bağlı təcili olaraq BMT Təhlükəsizlik Şurasının iclasının çağırılması üçün BMT-yə ərizə ilə müraciət etməyi təklif edib.

Kliçko həm də Ali Radanın təcili sessiyasının çağırılmasının və Krımda Rusiyanın Qara dəniz hərbi donanmasının mövcudluğu barədə sazişin qüvvədən salınmasını müzakirə etməyi təklif edib. 

Qeyd edək ki, bir az öncə Rusiyanın Federasiya Şurası Ukraynaya qoşun yeridilməsi barədə qərar verib.