Kliçko yenidən mer olmaq üçün mübarizəyə başlayır

klicko-yeniden-mer-olmaq-ucun-mubarizeye-baslayir
Oxunma sayı: 912

Kiyev meri Vitali Kliçko növbəti yerli seçkilərdə yenidən bu post uğrunda mübarizəyə qoşulacaq.

“Qafqazinfo” Ukrayna KİV-nə istinadən xəbər verir ki, bu barədə o, keçirdiyi brifinq zamanı deyib. Kliçkonun sözlərinə görə, şəhərin daha da inkişafı üçün böyük işlər görmək lazımdır:

“Mən artıq çox iş görmüşəm və daha çox iş görmək lazımdır. Kiyev Avropa şəhəri kimi görürəm. Şəhərin özünüidarəsi və sakinlərin marağı üçün yenidən mübarizə aparacam”.