Klinikaya xəstə kimi gəlib, oğurluqlar etdi - Fotolar

klinikaya-xeste-kimi-gelib-ogurluqlar-etdi
Oxunma sayı: 1359

Paytaxtda yerləşən özəl klinikalardan, həkim və tibbi personala məxsus kabinetlərdən silsilə oğurluqlar edən şəxs saxlanılıb.

“Qafqazinfo” DİN-ə istinadən xəbər verir ki, Nərimanov rayonu Atatürk prospektində yerləşən klinikalardan birində işləyən paytaxt sakini Elgün Rəşidzadənin çalışdığı müəssisədəki kabinetindən “İphone 6” və “İphone 7” markalı mobil telefonları naməlum şəxs tərəfindən oğurlanıb. Cinayəti törətməkdə şübhəli bilinən Yasamal rayon sakini Sadıq Həsənov saxlanılıb.

Onun ətrafında keçirilən əlavə əməliyyat tədbirləri ilə S.Həsənovun Nərimanov rayonunda yerləşən daha 3 klinikadan ayrı-ayrı şəxslərə məxsus “Samsung Edge 7”, “İphone X” kimi 10 ədəd qiymətli mobil telefon, həmçinin pul kisələri və digər qiymətli əşyalar oğurladığı məlum olub.

Araşdırma zamanı müəyyən edilib ki, saxlanılan şəxs əvvəlcə klinikalara pasient kimi müraciət edib. Daha sonra o, həkim və tibbi personala məxsus otaqları gəzərək boş kabinetlərdə olan qiymətli əşyaları oğurlayıb. Saxlanılan şəxsin oğurladığı mobil telefonları dəyər-dəyməzinə satdığı məlum olub.

Qeyd edək ki, S.Həsənovun klinikalardan etdiyi oğurluqlar həmin obyektlərin təhlükəsizlik kameraları vasitəsilə də lentə alınıb.