Klinton Davudoğlu ilə danışdı

klinton-davudoglu-ile-danisdi
Oxunma sayı: 642

ANS PRESS “İhlas” agentliyinə (İHA) istinadən xəbər verir ki,Hillari Klinton Səudiyyə Ərəbistanının Vaşinqtondakı səfiri Adil əl Cübeyrə qarşı İranın sui-qəsd cəhdləri barədə Əhməd Davudoğluna məlumat verib.

Bundan başqa, Hillari Klinton oktyabrın sonunda Vaşinqtonda keçiriləcək ABŞ-Türkiyə Assambleyasının sammitində iştirak edəcəyini bildirib.

Türkiyənin XİN rəhbəri isə noyabrın əvvəlində İstanbulda keçiriləcək Əfqanıstan regional hazırlıq konfransı səbəbilə ABŞ-da keçiriləcək tədbirdə iştirak edə bilməyəcəyini deyib.

Əhməd Davudoğlu həmçinin amerikalı həmkarına İstanbulda keçiriləcək konfransda onunla görüşməyə ümid etdiyini bildirib.