Klinton komikslərin qəhrəmanı oldu

klinton-komikslerin-qehremani-oldu
Oxunma sayı: 662

“Qafqazinfo”nun məlumatına görə, müəllif Klintona digər komiks qəhrəmanları kimi qeyri-adi kostyumlarla bəzənmək, yadplanetlilərlə vuruşmaq və ya fövqəltəbii gücü göstərmək lazım olmayacağını bildirib. Kitabda dövlət katibinin yalnız siyasətə gəlməsinin tarixindən bəhs edilib. Naşir Derren Devis kitabın kifayət qədər ciddi alındığını və xüsusi olaraq böyüklər üçün nəzərdə tutulduğunu qeyd edib: “Bizim əsas məqsədimiz Hillari Klintonun dövlət katibinin postuna gələnədək onu müşayiət edən bütün intriqaları və fitnələri göstərmək olub”.

Qeyd edək ki, hələ də böyüklər və kiçiklər arasında öz populyarlığını qoruyub saxlayan komiks qəhrəmanları arasında ABŞ prezidenti Barak Obama, Nyu-Yorkun meri Maykl Blumberq və digər Hollivud aktyorları, tanınmış məşhurlar var.

Səidə Teyyubqızı