Klinton Türkiyədə Suriyanı müzakirə edəcək

klinton-turkiyede-suriyani-muzakire-edecek
Oxunma sayı: 649

“Qafqazinfo”nun “Hürriyet” qəzetinə istinadən xəbərinə görə, Xarici İşlər Nazirliyi hələlik toplantının gündəliyi barədə bir açıqlama verməyib. Xəbər verilir ki, dövlət katibi ilə görüşlərdə danışıqların əsasını Suriyadakı vəziyyət təşkil edəcək.

Türkiyə tərəfi əvvəllər Suriya məsələsində daha ön planda olan ABŞ-ın son aylarda geriyə çəkilməsindən məmnun deyil.

Dünən ABŞ Dövlət Deparamentinin sözçüsü Toner keçirdiyi mətbuat konfrasında ölkəsinin Suriyada silahlı qarşıdurmaların artdığından narahat olduğunu bəyan edib. Toner Suriyada barışcıl müxalifətə göndərdikləri yardımlardan silahlı Azad Suriya Ordusunun kənarda saxlanıldığını ilk dəfə elan edib.