Klintonu əvəz edən tapıldı

klintonu-evez-eden-tapildi
Oxunma sayı: 632

“Qafqazinfo”nun xarici KİV-ə istinadən verdiyi məlumata görə, Senatın Xarici Əlaqələr Komitəsinin sədri və 2004-ci ildə ABŞ prezident seçkisində demokrat partiyasının rəsmi namizədi olmuş, lakin Corc Buşa uduzmuş Con Kerrini Senatdakı həmkarlarının asanlıqla dövlət katibi vəzifəsinə təsdiq edəcəyi də gözlənilir.

Barak Obama diplomat ailəsindən çıxmış Con Kerrinin məhz bu sahə üçün yararlı biri olduğunu, xarici siyasətdə xeyli uğur qazanacağını söyləyib.

Qeyd edək ki, hazırki Dövlət katibi Hillari Klinton Obamanın ikinci prezidentliyi dövründə hakimiyyətdən gedəcəyini dəfələrlə bəyan edib.