Klip çəkilişində saçı alovlandı

Klip çəkilişində saçı alovlandı
Oxunma sayı: 756

Türkiyəli müğənni Yıldız Tilbenin başına iş gəlib.

“Qafqazinfo” Türkiyə mətbuatına istinadən xəbər verir ki, tanınmış müğənninin Sərdar Ortaçla birlikdə ifa etdiyi “Havalı yarım” klipinin çəkilişində saçı alovlanıb.

8 saat saçına qaynaq etdirən Tilbe, mahnı oxuduğu zaman stolun üstündəki şamdanı gözdən qaçırıb. Saçı anidən alovlanan müğənninin köməyinə çəkiliş meydançasındakı işçilər gəliblər. Hadisə nəticəsində qaynaq saçın və təbii saçın bir hissəsi yanıb.

Çəkilişlər bir müddət təxirə salındıqdan sonra tamamlanıb.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi