Klub prezidenti qadın azarkeşlərə qadağa qoydu - “Seksualdırlar”+Fotolar

klub-prezidenti-qadin-azarkeslere-qadaga-qoydu
Oxunma sayı: 873

İngiltərənin aşağı liqasında mübarizə aparan klubların əksəriyyəti komandanın qadın fanatları üzərindən pul qazanır. “Qafqazinfo” xəbər verir ki, ölkənin 7-ci liqa təmsilçisi “Billerkay Taun” da bu komandalar siyahısındadır. 

Bu klubun hər oyunundan öncə komandanın xanım azarkeşləri “ponpon qızlar” kimi meydanda rəqs edirlər. 

Lakin bu il artıq həmin qızları meydanda və ya tribunada görmək mümkün olmayacaq. Çünki klubun sahibi Qlenn Tamplin onların stadiona gəlməsinə qadağa qoyub. 

O, buna maraqlı səbəb gətirib. Tamplin bildirib ki, klubun xanım azarkeşləri həddən artıq seksual olduqları üçün futbolçularını diqqətini yayındırırlar. Oyunçular futboldan daha çox həmin qızları düşünür və matçlara motivasiya ola bilmirlər.