Klublar Komitəsində yeni sədr

klublar-komitesinde-yeni-sedr
Oxunma sayı: 792

AFFA Klublar Komitəsinin 2019-cu ildə ilk iclası keçirilib. 

“Qafqazinfo” xəbər verir ki, AFFA-nın inzibati binasında təşkil olunan toplantıda Azərbaycan Premyer Liqasında mübarizə aparan klublar təmsil olunub. 

Əlavə olaraq, AFFA Hakimlər Komitəsinin sədri Frits Stuxlik də onlarla görüşə qatılıb.

İclasın gündəliyindəki əsas məsələ Klublar Komitəsinə sədr seçkisi olub. Bu vəzifəyə "Sumqayıt"ın prezidenti Riad Rəfiyev seçilib. Toplantıda digər məsələlər də müzakirə olunub.