Klublar Komitəsinin yeni sədri seçildi

klublar-komitesinin-yeni-sedri-secildi
Oxunma sayı: 839

Bu gün AFFA Klublar Komitəsinin növbəti iclası keçirilib. “Qafqazinfo” xəbər verir ki, iclasda komitəyə yeni sədr seçilib.

“Bulvar otel”də baş tutan tədbirdə keçirilən seçki zamanı “Neftçi”nin prezidenti Kamran Quliyev Klublar Komitəsinə yeni sədr seçilib.

Səsvermədə “Qəbələ”, “Qarabağ” və “Səbail” hərəyə 1, “Neftçi” isə 5 səs toplayıb. 

Xatırladaq ki, Klublar Komitəsinə son olaraq məhz “Neftçi”nin sabiq prezidenti Orxan Hüseynzadə rəhbərlik edirdi. Lakin onun paytaxt klubundan istefasından sonra KK sədrsiz qalmışdı.