Tədbirdə layihə istiqamətinin rəhbəri, MSŞT Koalisiyasının Şura üzvü Əli Quliyev jurnalistləri salamlayaraq MSŞT prosesində KİV nümayəndələrinin fəal iştirakının əhəmiyyətindən danışıb. Jurnalistlərin cəmiyyətlə işləmək, ictimai fikri formalaşdırmaq imkanının geniş olduğunu qeyd edən Ə.Quliyev rəhbəri olduğu layihə istiqamətinin hədəflərindən söz açıb.
Daha sonra MSŞT Koalisiyasının Şura üzvü Nicat Dağlar Mədən Sənayesindəı Şəffaflıq Təşəbbüsünün tarixi, prinsip və meyarları, əldə olunun nailiyyətlər və prpblemlər barədə təqdimatla çıxış edib. Təqdimatda həmçinin MSŞT Koalisiyasının fəaliyyəti, həyata keçirdiyi tədbirlər və prioritetlərinə toxunulub. MSŞT Koalisiyasının hazırda şirkətlərin fərdi hesabatlığa keçidinə nail olmağa çalışıdığını deyən N.Dağlar qeyd edib ki, medianın bu məsələyə xüsusi diqqət ayırması prosesin daha da sürətlənməsinə təkan verə bilər.
Dəyirmi masada jurnalistləri maraqlandıran suallar cavablandırılıb, KİV nümayəndələrinin MSŞT prosesində fəal iştirakının artırılması xüsusunda müzakirələr aparılıb.