Koalisiya Yəməni bombaladı, 27 ölü

koalisiya-yemeni-bombaladi-27-olu
Oxunma sayı: 917

Yəməndə Səudiyyə Ərəbistanı rəhbərliyi etdiyi koalisiya qüvvələri tərəfindən təşkil edilən hava hücumları və döyüşlər zamanı 27 nəfər ölüb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə “Anadolu” agentliyi məlumat yayıb.

Məlumata əsasən, husiler Hudeyde şəhərinin Hays səmtində hərbi mövqelərə hücum təşkil edib. Hava zərbələri və döyüşlər nəticəsində 20 husi hərbiçi öldürülüb. 7 mülki vətəndaş isə koalisiya təyyarələrinin avtobusu vurması nəticəsində həyatını itirib.