Koçaryan baş nazir Paşinyanı məhkəməyə verdi

kocaryan-bas-nazir-pasinyani-mehkemeye-verdi
Oxunma sayı: 1309

Ermənistanın sabiq prezidenti Robert Koçaryan baş nazir Nikol Paşinyana qarşı məhkəmə iddiası qaldırıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Koçaryanın vəkili Aram Orbelyan məlumat verib. Onun sözlərinə görə, baş nazir ictimai çıxışlarında 2008-ci il mart aksiyalarından danışarkən R.Koçaryanın şərəf və ləyaqətinə toxunan ifadələr işlədib. Bu səbəbdən sabiq prezident Paşinyanı məhkəməyə verərək şərəf və ləyaqətini ictimai böhtanlardan qorumaq qərarına gəlib. 

Qeyd edək ki, Nikol Paşinyan çıxışlarının birində Robert Koçaryanı 2008-ci il aksiyalarında 10 nəfərin ölümündə günahlandırıb.

Aysel Kərimova