Kocaryan həbs edilə bilər - Konstitusion quruluşu devirməsinə görə

kocaryan-hebs-edile-biler
Oxunma sayı: 2209

2008-ci il martın 1-də etiraz aksiyalarının dağıdılmasına dair cinayət işi çərçivəsində Ermənistanda 1998-2008-ci illərdə hakimiyyətdə olmuş Robert Koçaryana qarşı ittiham irəli sürülüb.

“Qafqazinfo” RİA Novosti”yə istinadən xəbər verir ki, sabiq hökumət başçısı konstitusion quruluşun devrilməsində günahlandırılır. Daha əvvəl Ermənistanın keşmiş müdafiə naziri Mikael Arutyunyan da eyni cinayət işi üzrə axtarışa verilmişdi. Xüsusi İstintaq Xidmətinin rəhbəri qeyd edib ki, Arutyunyan ölkə sərhəddindən kənardadır. Koçaryanın həbs edilməsi üçün isə artıq məhkəməyə vəsatət təqdim edilib. 

Qeyd edək ki, Yerevan məhkəməsi keçmiş prezident Serj Sarkisyanın qohumu Ayka haqqında da 2 aylıq həbs qərarı verib.