Koçaryan yenə həbsdə qaldı

kocaryan-yene-hebsde-qaldi
Oxunma sayı: 859

Ermənistanda konstitusion quruluşu devirməkdə ittiham olunan eks-prezident Robert Koçaryan həbsxanadan buraxılmayıb.

“Qafqazinfo”nun “news.am” saytına istinadən məlumatına görə, Apellyasiya Cəza Məhkəməsinin aprelin 11-də keçirilən məhkəmə prosesində Koçaryanın vəkillərinin vəsatəti təmin olunmayıb və o, həbsdə qalıb. Bu barədə jurnalistlərə açıqlamasında vəkil Ayk Alumyan bildirib.

Xatırladaq ki, R. Koçaryana qarşı 1 mart 2008-ci il hadisələri ilə bağlı aparılan istintaq çərçivəsində ittiham elan olunub. O, dekabrın 7-dən həbsdədir. Martın 15-də keçirilən məhkəmə prosesində Koçaryanın həbs müddəti daha 2 ay artırılıb.