Koçaryanın daha 2 ay həbsdə qalması istənildi

kocaryanin-daha-2-ay-hebsde-qalmasi-istenildi
Oxunma sayı: 656

Ermənistanın Xüsusi İstintaq Komitəsi ikinci prezident Robert Koçaryanın həbs müddətinin daha 2 ay uzadılması haqda Yerevan şəhər məhkəməsində vəsatət qaldırıb.

“Qafqazinfo” Ermənistan KİV-nə istinadən xəbər verir ki, bu barədə Koçaryanın vəkillər qrupunun nümayəndəsi bildirib.

Vəsatətə martın 13-də Yerevan məhkəməsində baxılacaq. Xatırladaq ki, məhkəmə bundan əvvəl XİK-in Koçaryanın həbs müddətinin uzadılması ilə bağlı müraciətini rədd etmişdi.