Koçaryanın işi Konstitusiya Məhkəməsinə göndərilib

kocaryanin-isi-konstitusiya-mehkemesine-gonderilib
Oxunma sayı: 902

Ermənistanda birinci instansiya məhkəməsi ölkənin sabiq prezidenti Robert Koçaryana qarşı cinayət işini Konstitusiya Məhkəməsinə göndərib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə “Ria Novosti”yə Koçaryanın vəkillər komandasının mətbuat xidmətindən məlumat verilib. 

Bildirilib ki, qərarın hansı əsasla qəbul edildiyi məlum deyil. 

Xatırladaq ki, R.Koçaryan 2008-ci ildə dövlət çevrilişi cəhdilə bağlı ittiham olunur.