Koçaryanın oğlunun ölkədən çıxışına qadağa qoyuldu

kocaryanin-oglunun-olkeden-cixisina-qadaga-qoyuldu
Oxunma sayı: 1123

Ermənistanın həbsdə olan sabiq prezidenti Robert Koçaryanın böyük oğlu Sedrak çirkli pulların yuyulması və vergidən yayınmada ittiham olunur.

“Qafqazinfo”nun Ermənistan KİV-nə istinadən xəbərinə görə, bu barədə Sedrak Koçaryanın özü etiraf edib. O, Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən qaldırılmış ittihamların təsdiqini tapdığını halda həbs edilə biləcəyini istisna etmədiyini söyləyib.

Eks-prezidentin oğlunun ölkədən çıxışına qadağa qoyulub. 

Qeyd edək ki, R. Koçaryan barəsində 1 mart 2008-ci il hadisələrinə görə 2 ay müddətinə həbs qətimkan tədbiri seçilib.