Koçaryanın tərəfdarları Yerevanda aksiyalara başladı - Video

kocaryanin-terefdarlari-yerevanda-aksiyalara-basladi
Oxunma sayı: 1486

Yerevanda Respublika meydanında Ermənistanın ikinci prezidenti Robert Koçaryanın tərəfdarları aksiya keçirir.

“Qafqazinfo” Ermənistan mediasına istinadən xəbər verir ki, bundan əvvəl “Prezidentə azadlıq” təşəbbüs qrupu dekabrın 11-dən etibarən Koçaryanın müdafiəsi üçün piket və mitinqlərə başlayacaqlarını elan etmişdi. 

Qeyd edək ki, dekabrın 7-də Ermənistanın apellyasiya məhkəməsi Robert Koçaryan barəsində həbs qətimkan tədbirini bərpa edib.