“Koçaryanla Sarkisyan hakim qarşısına çıxmalıdır” - Paşinyan

kocaryanla-sarkisyan-hakim-qarsisina-cixmalidir
Oxunma sayı: 2031

“Robert Koçaryanla Serj Sarkisyan Ermənistanı taladıqları üçün məhkəmədə hakim qarşısına çıxmalıdırlar”.

“Qafqazinfo” Ermənistan KİV-nə istinadən xəbər verir ki, bu sözləri baş nazir Nikol Paşinyan deyib.

Onun sözlərinə görə Sarkiysanın qardaşı Aleksandrın bank hesablarından birində 30 milyon dollar pulu var. “Robert Koçaryanın ailəsinin milyardları var.

“Konqres” mehmanxanası onun oğluna və qızına məxsusdur. Elə həmin mülkün dəyəri milyonlarla dollardır”, - deyə Paşinyan növbəti ittihamını səsləndirib.

O, “oğurlanmış pullar”ı xalqa geri qaytarmağı tələb edib: “Əgər bunu etməsəniz, sizi böyük problemlər gözləyir. Heç kim də sizə kömək etməyəcək”.