Köçəryan Vardan Oskanyana dəstək oldu

koceryan-vardan-oskanyana-destek-oldu
Oxunma sayı: 635

“Media forum” saytı xəbər verir ki, Köçəryan Oskanyana qarşı ittihamları rədd edib: “Oskanyan ən uğurlu nazirlərdən və hakimiyyət sınağından keçən siyasi xadimlərdən biridir. O, təmiz insandır, son dərəcə ədalətlidir və bu, Ermənistanın siyasi həyatı üçün nadir haldır. Belə keyfiyyətləri və təcrübəsi olan adamları təhdid etmək yox, qorumaq lazımdır. Bu hadisənin mənasızlığı məni məyus edir. Baş verənlərə təəssüflənir və Oskanyanı dəstəkləyirəm”.

Oskanyanın deputat toxunulmazlığı Ermənistan parlamentinin 2 oktyabr iclasında, baş prokurorun təqdimatı ilə ləğv olunub. Hüquq mühafizə orqanları 1998-2008-ci illərdə Ermənistanın xarici işlər naziri postunu tutmuş Oskanyanı “Sivilitas” xeyriyyə fondu üçün nəzərdə tutulmuş vəsaitləri mənimsəməkdə və qanunsuz yolla alınmış pulların yuyulmasında günahlandırır.

Köçəryan 1998-2008-ci illərdə Ermənistanın prezidenti olub. Oskanyanın üzv olduğu Çiçəklənən Ermənistan Partiyası Köçəryana yaxınlığı ilə tanınır. Bu partiya 2012-ci il may ayında keçirilmiş parlament seçkisindən sonra hakim koalisiyadan çıxıb və hökuməti tənqid edir.