Köçəryanın tərəfdarları məhkəmə önündə aksiya keçirir

koceryanin-terefdarlari-mehkeme-onunde-aksiya-kecirir
Oxunma sayı: 1185

Bu gün Ermənistanın ikinci Prezidenti Robert Köçəryanın Konstitusiya Məhkəməsində işinə baxılması üçün proses keçirilməsi nəzərdə tutulub.

“Qafqazinfo”nun “Sputnik Ermənistan”a istinadən verdiyi xəbərə görə, sabiq dövlət başçısının tərəfdarları bu münasibətlə səhər saatlarında məhkəmə önündə toplaşaraq aksiya keçirirlər. 

Qeyd olunur ki, avqustun 29-da Konstitusiya Məhkəməsi Köçəryanın müdafiəsi üçün təqdim edilən  bir neçə ərizəyə baxmalı idi. Söhbət Ermənistan

Cinayət Prosessual Məcəlləsinin 135-ci maddəsinin 2-ci hissəsi (qabaqlayıcı tədbirlərin tətbiqi üçün əsaslar) və 35-ci maddəsi (cinayət prosesini və ya cinayət təqibini istisna edən hallar) ilə bağlı müraciətlərdən gedir.

Lakin məkəmə iclasının sentyabrın 3-ü saat 11: 00-a qədər təxirə salınması qərara alınıb.

Etirazçılar “Köçəryan qəhrəmandır” şüarını səsləndirirlər.Keçmiş prezidentin kiçik oğlu Levon Koçaryan da Konstitusiya Məhkəməsinin binasına gəlib.

Aksiyaçılar arasında Köçəryanın əleyhdarları da var.

Qeyd edək ki, 2008-ci il aksiyaları zamanı konstitusion nizamı pozmaqda ittiham edilən Robert Köçəryan iyunun 25-də yenidən həbs edilib.