Köçəryanla şəkli yayılan məmur danışdı

koceryanla-sekli-yayilan-memur-danisdi
Oxunma sayı: 6255


Şuşa Rayon İcra Hakimiyyəti Mədəniyyət və Turizm şöbəsinin müdiri Zahid Abbasovun Ermənistanın eks-prezidenti Robert Köçəryanla 1986-cı ildə Yaltada istirahət edərkən bir yerdə çəkilmiş fotosu “facebook” sosial şəbəkəsində “Karabakh War Pictures” səhifəsində yayımlanıb. 

“Qafqazinfo” xəbər verir ki, Zahid Abbasov Aktual.az-a açıqlamasında yayılan fotoya münasibət bildirib. O deyib ki, burada qəbahətli bir iş yoxdur: “Mən 1980-ci illərdə Vilayət Partiya Komitəsində işləmişəm. Orada 100 nəfərdən 3-ü azərbaycanlı, qalan 97 nəfəri erməni idi. Mən məcburiyyət qarşısında erməni ilə yoldaşlıq da etməli idim, çay da içməli idim. Şəkildəki insanların hamısı azərbaycanlılardır. Yeganə erməni Köçəryandır. Mən də onu istirahətə çemodan daşıyan kimi aparmışdım”.

Məlumat üçün qeyd edək ki, Zahid Abbasov Qarabağ müharibəsində 5 il könüllü olaraq döyüşüb