Köçkünlərin əmək kitabçası problemi həll olunub

kockunlerin-emek-kitabcasi-problemi-hell-olunub
Oxunma sayı: 1490

“Əmək kitabçaları işğal olunmuş torpaqlarda qalan məcburi köçkünlərin pensiya stajı məsələsi ilə bağlı problemlər var idi. Bu məsələ artıq həllini tapıb”.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Əmək və əhalinin sosial müdafiəsi nazirliyinin Sosial sığorta və pensiya siyasəti şöbəsinin müdiri Çingiz Əliyev Milli Məclisin komitə iclasında məlumat verib. 

O qeyd edib ki, mövcud vəziyyət məcburi köçkünlərin 2006-cı ilə qədər əmək pensiyası stajınınn müəyyənləşdirilməsi ilə bağlıdır: “Bəllidir ki, onlar məcburi köçkün olduğu rayonlardan  Azərbaycanın digər rayonlarına pənah gətiriblər. Bu zaman əmək kitabçasını itiriblər. Əmək kitabçası da qanunvericilikdə əsas sənəd kimi öz əksini tapıb. Ona görə bunun üçün onlar məhkəməyə müraciət edirlər. Onlar məhkəməyə müraciət edəndə birinci instansiya məhkəməsinin qərarı ilə məsələ yekunlaşmırdı. Lakin indi bu məsələ nazirin müvafiq əmri ilə tənzimlənir. Yəni, I insantasiya məhkəməsinin qərarı nəzərə alınır.

2006-ci ilin yanvarın 1-nə kimi sosial sığorta stajının qanunun 7-ci maddəsi yaşa çatanlara münasibətdə əhalinin bütün təbəqələrini əhatə edir, o cümlədən, qaçqınları və məcburi köçkünləri. Bu, çox önəmlidir. 13 il ərzində fərdi hesabında  pensiya kapitalı olan və pensiya yaşına çatan şəxslərin hamısına 25 il sosial sığorta  haqqı yalnız 2006-ci ilin yanvarın 1-nə qədər olan dövrə təqdim edilir. Bu tarixdən sonra fərdi uçot aparıldığı üçün  kim fərdi uçot dövründə işləyibsə pensiya kapitalı qazanılır və təqdim olunan sosial sığorta stajına əlavə olunacaq. Bununda da neqativ hallar aradan qalxacaq”.

Günel Türksoy