Kofi Annan şoka düşüb

kofi-annan-soka-dusub
Oxunma sayı: 645

Annan deyib ki, o, “bu vəhşiliyi ən kəskin ifadələrlə ittiham edir”.

Hama regionunda cümə axşamı baş verən yeni qırğın barədə həm hökumətin, həm də müxalifətin məlumatı var, ancaq onar bunun səbəbləri haqda tamam fərqli fikirdədirlər.

Müxalifət bildirir ki, hökumət qoşunları tankların və helikopterlərin vasitəsilə Hama regionundakı Treimsa kəndinə hücum edib.
Yaraqlılar və dinc sakinlər arasında ölənlər var.

Dövlət mediası isə bu qanlı hadisədə terrorçu dəstələri günahlandırır və müxalifətpərəst medianı belə hadisələrlə manipulyasiyada ittiham edir.

BMT-nin müşahidə missiyasının rəhbəri general-mayor Robert Mood döyüşdə ağır texnikadan və helikopterlərdən istifadə olunduğunu təsdiqləyir.

Mood deyib ki, hadisəni araşdırmaq üçün onlar missiya göndərə bilərlər, əgər atəşkəs bərqərar olsa və müşahidəçilərin təhlükəsizliyi təmin olunsa.

“Biz Hama regionunda cümə axşamı davamlı döyüş olmağını təsdiqləyə bilərik. Mexaniki texnikadan və helikopterlərdən istifadə olunurdu.
Biz gedib, yerində faktları araşdırmağa hazırıq”.

BMT-nin Təhlükəsizlik Şurasının Suriya üzrə yeni qətnaməsi isə düyünə düşüb.
Rusiya Qərb ölkələrinin təklif etdiyi qətnamə layihəsini rədd edir. Bu qətnamə Suriya hökumətinə ultimatumu nəzərdə tutur. Hökumət sülh planını ya qəbul etməli ya da sankisyalarla üzləşməlidir.

Qərb ölkələri isə Rusiyanın təklifi ilə razılaşmırlar. Rusiya təklif edir ki, BMT-nin müşahidə missiyasının vaxtı uzadılsın.

BMT-nin Suriyadakı müşahidə missiyasının vaxtı iyulun 20-də başa çatır.