“Kokain kralı” Uruqvay həbsxanasından qaçdı - 22 il axtarışda olub

kokain-krali-uruqvay-hebsxanasindan-qacdi
Oxunma sayı: 2635

İtalyan mafiyasının başçılarından biri Rokko Morabito cəza çəkdiyi Uruqvay həbsxanasından qaçıb.  “Qafqazinfo” xəbər verir ki, bu barədə ölkənin Daxili İşlər Nazirliyi məlumat yayıb.

O, orada Vətəninə ekstradisiya olunacağını gözləyirmiş. Uruqvay artıq “Milanın kokain kralı” kimi tanınan Morbitonu İtaliyaya verməyə razılaşmışdı.

Qeyd edək ki, Morabito “Ndranqeta” qruplaşmasının başçısı sayılır. 1995-ci ildən axtarışda olan “Milanın kokain kralı” 2017-ci ildə Uruqvayın Punta-del-Este şəhərində saxlanılmışdı.