Kolera epidemiyası sürətlə yayılır - Daha 11 nəfər öldü

kolera-epidemiyasi-suretle-yayilir
Oxunma sayı: 1987

Nigeriyanın Kanoe vilayətində kolera epidemiyası səbəbiylə bir həftə ərzində 11 nəfər həyatını itirib.

“Qafqazinfo” TRT-yə istinadən xəbər verir ki, Nigeriya Xəstəliklər Nəzarət Mərkəzi (NCDC) 5 gündə epidemiyaya yoluxan 100-dən çox adamın qeydə alındığını açıqlayıb.

47 nəfər xəstəxanalarda yerləşdirilib.

Məlumata görə, son iki ay ərziydə ölkədə qeydə alınan 493 xəstədən 67-si dünyasını dəyişib.