Kollegiya iclası keçirilib

kollegiya-iclasi-kecirilib
Oxunma sayı: 1350


Komitənin   İctimaiyyətlə əlaqələr sektorundan  “Qafqazinfo”ya daxil olan məlumata görə, QKDK-nın sədri Rüfət Aslanlı 2013-cü il ərzində dünya iqtisadiyyatında müşahidə olunan əsas meyllərdən bəhs edərək, qlobal miqyasda mövcud olan iqtisadi risklərin və dünyanın aparıcı iqtisadiyyatında  baş verən proseslər fonunda artım templərinin aşağı düşdüyünü iclas iştirakçılarının diqqətinə çatdırıb. 

R.Aslanlı 2013-cü ildən başlayaraq ölkə iqtisadiyyatının artım dinamikasının qeyri-neft sektorunun təmin etməsinin çox müsbət hal olduğunu vurğulayıb. Hesabat dövründə ölkənin qiymətli kağızlar bazarında mühüm proseslərin baş verdiyini qeyd edərək, bazar infrastrukturunun və hüquqi bazanın təkmilləşdirilməsi və inkişafı baxımından əhəmiyyətli işlərin həyata keçirildiyini bildirib. Komitə sədri 2013-cü il ərzində qiymətli kağızlar bazarının ticarət infrastrukturunda köklü dəyişikliklərə nail olunduğunu və kilirinq –hesablaşma və depozitar funksiyalarını birləşdirməklə Mərkəzi Depozitar institutunun formalaşdırılmasının başa çatdığını vurğulayıb. Bununlada gələcəkdə Azərbaycanın qiymətli kağızların təkrar bazarında dinamik inkişafı üçün  bütün insttsional şəraitin təmin edildiyi iclas iştirakçılarının diqqətinə çatdırılıb. Sədr hesabat dövründə komitə tərəfindən göstərilən elektron xidmətlərinin istifadə imkanlarının və səviyyəsinin genişləndirildiyini qeyd edərək, cari ildə  bu istiqamət üzrə işlərin davam etdiriləcəyini vurğulayıb. R.Aslanlı ötən dövr ərzində ölkənin qiymətli kağızlar bazarında əməliyyatların dinamikasının qorunub saxlandığını, korporativ qiymətli kağızların ticarətində ötən dövrlərlə müqayisədə 31% artımın müşahidə olunduğunu bildirib.