Kolumbiya və Venesuela arasında hərbi gərginlik

Kolumbiya və Venesuela arasında hərbi gərginlik
Oxunma sayı: 527

200 Venesuela hərbçisinin sərhəddi pozaraq Kolumbiyaya daxil olması barədə məlumat yayılıb.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, bununla bağlı Kolumbiya Xarici İşlər Nazirliyi qarşı tərəfə etirazını  bildirib.

Kolumbiya tərəfinin məlumatına əsasən, bazar günü Venesuela hərbçiləri sərhəddi pozaraq Norte-de-Santander departamentinə daxil olub.

Müdafiə Nazirliyi venesuelalı hərbçilərin helikopterlə Vetas-de-Oriente rayonuna eniş etdiyini müəyyən edib. Onlar qanunsuz olaraq saxlama həyata keçirməkdə və şəxsi mülkiyyətə ziyan vurmaqda ittiham olunurlar.

Venesuela tərəfindən ittihamla bağlı açıqlama verilməyib.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi