Kolumbiyada körpü uçub - 10 ölü, 4 yaralı

kolumbiyada-korpu-ucub
Oxunma sayı: 787

Kolumbiyada körpü tikinti işləri zamanı uçub.

“Qafqazinfo” xəbər verir ki, bu barədə "Sinxua" agentliyi məlumat yayıb.

Məlumata əsasən, insident bazar ertəsi baş verib. Velyavisensio ilə paytaxt Boqotanı birləşdirən körpünün uçması nəticəsində azı 10 nəfər həlak olub. Daha 4 nəfər isə xəsarət aldığı bildirilir.

Eyni zamanda 2 nəfərin də itkin düşdüyü vurğulanıb.

Polis faktla bağlı araşdırma aparır.