Kolumbiyada partlayışda ölənlərin sayı 20-yə çatıb

kolumbiyada-partlayisda-olenlerin-sayi-20-ye-catib
Oxunma sayı: 649

Kolumbiyanın paytaxtı Boqota şəhərində polis məktəbində baş verən partlayışda ölənlərin sayı 20-yə çatıb. Daha 68 nəfər yaralanıb.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, daha əvvəl 11 nəfərin öldüyü açıqlanmışdı.

Kolumbiya hökuməti məktəb ərazisinə daxil olub, daha sonra özünü partladan avtomobilin sükanı arxasında 56 yaşlı Xose Aldemar Roxasın olduğunu müəyyən edib. Onun hərəkətlərinin motivi hələ məlum deyil. 

Ölkə başçısı İvan Duke üçgünlük matəm elan edib.