Kolumbiyada pul daşıyan helikopter qaçırıldı

Kolumbiyada pul daşıyan helikopter qaçırıldı
Oxunma sayı: 908

Kolumbiyada “AeroGalan” nəqliyyat şirkətinə məxsus “Cessna Piper PA34” tipli yüngül mühərrikli helikopter oğurlanıb.

“Qafqazinfo” “Posta”ya istinadən xəbər verir ki, təyyarədə magistral yolların kassalarından toplanan 610 min dollar olub.

Helikopter Aquaçika hava limanına endikdən sonra silahlı şəxslər tərəfindən ələ keçirilib və içərisində pilotlarla birlikdə qaçırılıb.

Hazırda helikopterin yerinin müəyyənləşdirilməsi istiqamətində tədbirlər aparılır.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi