Kolumbiyada təyyarə düşdü, sərnişinlərin hamısı öldü

kolumbiyada-teyyare-dusdu-sernisinlerin-hamisi-oldu
Oxunma sayı: 3097

Kolumbiyada DC-3 sərnişin təyyarəsi düşüb.

“Qafqazinfo” “RİA Novosti”yə istinadən xəbər verir ki, təyyarənin göyərtəsindəki sərnişinlərin hamısı ölüb. Qeyri-rəsmi məlumata görə, ölənlərin sayı 12-dir. 

Qeyd edək ki, “Laser” aviaşirkətinə məxsus layner San-Xose-del-Quavyare və Vilyavisensio şəhərləri arasında uçurmuş. Təyyarə düşdükdən sonra alovlanıb.