Kolumbiyada torpaq sürüşməsi - 19 ölü

Kolumbiyada torpaq sürüşməsi
Oxunma sayı: 332

Kolumbiyada Manisales şəhərində baş verən torpaq sürüşməsi nəticəsində ölənlərin sayı 19 nəfərə çatıb.

“Qafqazinfo” “RİA Novosti”yə istinadən xəbər verir ki, daha əvvəl 14 nəfərin öldüyü bildirilirdi.

“Tiempo” portalının məlumatına əsasən, təbii fəlakət nəticəsində 75 ev uçub, 400 ailə təhlükəli ərazidən təxliyə edilib.

Ölkə başçısı Xuan Manuel Santos da sürüşmə baş verən şəhərdədir.  Hazırda hadisə yerində xilasetmə əməliyyatı davam edir.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi