Kolumbiyanın eks-prezidenti öldü

kolumbiyanin-eks-prezidenti-oldu
Oxunma sayı: 1107

Kolumbiyanın eks-prezidenti Belisario Betankur Boqotada dünyasını dəyişib.

“Qafqazinfo” xarici mediaya istinadən xəbər verir ki, 85 yaşlı keçmiş rəhbərin öümü xəbərini “Santa Fe de Bogota” fondunun tibb mərkəzi yayıb. 

Qeyd edək ki, Betankur 1982-1986-cı illərdə Kolumbiyanı idarə edib. Məhz onun danışıqları sayəsində bir il ərzində Kolumbiyanın İnqilabi Silahlı Qüvvələri ilə atəşkəs təmin edilib. 1986-cı ildə maliyyə çətinliyi üzündən Futbol üzrə Dünya çempionatının Kolumbiyada keçirilməsindən imtina edib.