Komanda məşqlərə başladı

komanda-mesqlere-basladi
Oxunma sayı: 660

Baş məşqçi Aleksandr Starkovun nəzarəti altında Tofiq Bəhrəmov adına Respublika stadionunun meydanına çıxan paytaxt klubunun fiziki təmrinlər və topla çalışmalar üzərində qurulan məşqi 80 dəqiqə çəkdi.

Saat 19-da başlanan məşq milli komandaların heyətinə dəvət alan 4 futbolçunun yoxluğunda keçib. Elvin Məmmədov, Fabio Luis Ramim və Əziz Quliyev milli komandanın, Novruz Məmmədov isə olimpia milli komandasının düşərgəsində olduqlarından avqust ayının ilk məşqində iştirak etməyiblər.