Komanda oyuna kapitansız çıxacaq

komanda-oyuna-kapitansiz-cixacaq
Oxunma sayı: 639

“Qafqazinfo” Azerisport.az-a istinadən xəbər verir ki, komandanın kapitanı Aqil Nəbiyev Gəncə klubuyla səfər oyununda “təyyarəçilər”ə kömək edə bilməyəcək.

Buna təcrübəli futbolçunun milli komandamızın düşərgəsində zədəli qayıtması səbəb olub. Qeyd edək ki, hələ yığmanın düşərgəsinə də zədəli gələn Nəbiyev Belçika ilə görüşdə sona kimi oynamışdı. Qazaxıstanla qarşılaşmada isə ilk dəqiqələrdən meydanı tərk etmək məcburiyyətində qalmışdı.

Hazırda müalicə olunan AZAL-ın liderinin nə vaxt yaşıl meydana dönəcəyi dəqiq bilinmir. Onun bazar günü keçiriləcək “Kəpəz”lə səfər oyununu buraxacağı isə artıq dəqiqdi.