Komanda yoldaşları təyyarə sifariş etdi - Qızını görməsi üçün

komanda-yoldaslari-teyyare-sifaris-etdi
Oxunma sayı: 1975

Danimarka millisinin futbolçusu Yonas Knudsenin həyat yoldaşı erkən doğum edib.

“Qafqazinfo” xəbər verir ki, Rusiyada dünya çempionatında olan futbolçunun komanda yoldaşları onun üçün xüsusi təyyarə sifariş edərək vətənə yola düşməsinə kömək ediblər.

Bu barədə danışan millinin vitse-kapitanı Kasper Şmeyxel bunları deyib: “Biz bu hadisəyə insan gözü ilə baxırıq. Hamımızın övladı var. Unutmayaq ki, futbolçu olduğumuz qədər də insanıq. Mən özüm atayam və Knudsenin qızının dünyaya gələcəyini eşidib orada ola bilməməsini anlayıram. Onun övladını görməsi üçün hər şey etməyə çalışdıq”.