Komandası uduzan futbolçu əsgər gedəcəyi üçün hönkür-hönkür ağladı - Foto

komandasi-uduzan-futbolcu-esger-gedeceyi-ucun-honkur-honkur-agladi
Oxunma sayı: 4095

Dünya Çempionatında medal qazandıqları halda 21 aylıq hərbi xidmətdən azad ediləcəyi söz verilən Cənubi koreyalı futbolçu Heung Min Son Meksika ilə matçı uduzduqdan sonra göz yaşlarını saxlaya bilməyib.

"Qafqazinfo" xarici KİV-ə istinadən xəbər verir ki, 25 yaşı Min Son matçı uduzduqları üçün əsgər gedəcək. O, 28 yaşınadək hərbi xidmət keçməlidir. Ancaq futbolçunun yeganə ümidi bu il keçiriləcək Asya Oyunlarınadır. Əgər Cənubi Koreya çempion olmazsa, Heungun sonuncu şansı da əlindən çıxacaq.