Köməksiz qalmış 3 uşaq xilas edildi

komeksiz-qalmis-3-usaq-xilas-edildi
Oxunma sayı: 770

Gəncədə evdə köməksiz qalan 3 uşaq xilas edilib.

“Qafqazinfo” FHN-nin saytına istinadən xəbər verir ki, hadisə Nizami rayonunda qeydə alınıb.

Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə 3 nəfər azyaşlının giriş qapısının kilidinin sınması nəticəsində evdə bağlı qalması barədə məlumat daxil olub.

Hadisə yerinə cəlb olunan Gəncə Regional Mərkəzinin müvafiq xilasetmə qüvvələri evin qapısının açılmasını təmin ediblər. Əməliyyat başa çatıb.