Köməksiz vəziyyətdə qalan 3 azyaşlı xilas edildi

komeksiz-veziyyetde-qalan-3-azyasli-xilas-edildi
Oxunma sayı: 639

Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Bakı şəhərinin Suraxanı rayonunda 3 nəfər azyaşlı giriş qapısının təsadüfən kilidlənməsi nəticəsində mənzildə köməksiz vəziyyətdə qalıb.

“Qafqazinfo” FHN-ə istinadən xəbər verir ki, çağırış ünvanına cəlb olunmuş Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri mənzilin qapısını açıb və azyaşlıları aidiyyəti üzrə təhvil veriblər. Əməliyyat başa çatıb.