Komissiya əməkdaşları üçün təlim keçdi

komissiya-emekdaslari-ucun-telim-kecdi
Oxunma sayı: 633

“Qafqazinfo”nun məlumatına görə, “Dövlət qulluqçularının etik davranış qaydaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən Komissiya etik davranış qaydaları ilə bağlı maarifləndirməsinə xidmət edən tədbirlər çərçivəsində həyata keçirilib. Təlimlər Bakı şəhər yerli icra hakimiyyəti orqanlarının əməkdaşları üçün etik davranış qaydaları və etik müvəkkilin fəaliyyəti, dövlət qulluğu vəzifələrinin tutulması qaydası və dövlət qulluqçularının vəzifə təlimatlarına həsr olunub. Komissiya Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı (UNDP) və Almaniya Beynəlxalq Əməkdaşlıq Təşkilatı (GİZ) ilə birgə həyata keçirilən təlimlərin əsas məqsədi hər bir vəzifəli şəxs və dövlət qulluqçusunun vətəndaşlarla münasibətdə etik davranış qaydalarına əməl etməsi, dövlət orqanlarında korrupsiyanın, dövlət orqanlarının və dövlət qulluğunun nüfuzunun artırılması, vətəndaşların dövlət orqanlarına və dövlət qulluqçularına etimadının yüksəldilməsi, dövlət orqanları və dövlət qulluqçularının fəaliyyətində səmərəliliyin və şəffaflığın artırılması sahəsində maarifləndirmədən ibarətdir.

Səidə