Komitə Biləsuvarda forum keçirdi

komite-bilesuvarda-forum-kecirdi
Oxunma sayı: 710

Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən Biləsuvarda torpaqların elektron kadastr uçotu informasiya sisteminin yaradılması işlərinə başlanılıb. 

Komitədən “Qafqazinfo”ya daxil olan xəbərə görə, görüləcək işlərin mahiyyəti və nəticələrinin izahı, bununla əlaqədar aidiyyatı qurumların koordinasiyası ilə bağlı Biləsuvar rayonunda maarifləndirici regional İşgüzar Forum  keçirilib. Tədbirdə Komitənin, rayon İcra Hakimiyyətinin, bələdiyyələrin, aidiyyəti dövlət qurumlarının nümayəndələri, torpaq və daşınmaz əmlak mülkiyyətçiləri, icarəçiləri, media nümayəndələri iştirak ediblər. 

Forumda Əmlak Məsələləri Dövlət Komitəsinin nümayəndələri təqdimatla çıxış ediblər. 

Bildirilib ki, Azərbaycan prezidentinin 7 mart 2016-cı il tarixli  müvafiq Fərmanına əsasən Komitə ölkə üzrə torpaqların elektron kadastr uçotu məlumat bazasının yaradılması və rəqəmsal kadastr xəritələrinin hazırlanması işlərini uğurla həyata keçirir. Biləsuvarda torpaqların elektron kadastr uçotu informasiya sisteminin qurulması ilə bağlı həyata keçiriləcək işlərin mahiyyəti, müddəti, vətəndaşlara izah olunub. Eyni zamanda rayonun əlaqədar qurumları ilə birgə qarşılıqlı əməkdaşlığın iş prinsipi müəyyən edilib.  

Bildirilib ki, artıq respublikanın 12 rayonunda elektron kadastr uçotu işlərinin məlumatlarına istinad etməklə bələdiyyə xəritələrinin hazırlanmasına başlanılıb. 

Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılıb və elektron xəritələrin hazırlanması ilə bağlı təşkilati məsələlər müəyyənləşdirilib.