Komitə diaspor təşkilatlarına texniki dəstək göstərəcək

komite-diaspor-teskilatlarina-texniki-destek-gosterecek
Oxunma sayı: 1161

Diasporla İş üzrə Dövlət Komitəsi xaricdə yaşayan azərbaycanlıların təsis etdiyi diaspor təşkilatlarına onların elektron və sosial mediada işini gücləndirmək məqsədilə informasiya kommunikasiya texnologiyaları sahəsində ödənişsiz texniki dəstək təklif edir. 

“Qafqazinfo” xəbər verir ki, komitə xaricdəki diaspor təşkilatlarının internet saytlarının hazırlanması, e-poçt xidmətlərinin yaradılması və digər innovativ məsələlərdə, eləcə də sosial mediada marketinq işinin təşkilinə dair dəstək göstərəcək. 

Bu dəstəyə ehtiyacı olan və ondan yararlanmaq istəyən diaspor təşkilatları www.diaspor.org ünvanına daxil olub qeydiyyat formasını doldurmaqla onlayn qaydada müracət etməlidir. 

Qeyd edək ki, bütün təşkilatların saytları www.diaspor.org domeninin subdomeni altında - vahid mərkəzdə toplanacaq.