Komitə jurnalistləri mükafatlandırdı - Fotolar

komite-jurnalistleri-mukafatlandirdi
Oxunma sayı: 1795

Dövlət Gömrük Komitəsi (DGK) və Azərbaycan Mətbuat Şurasının 22 iyul - Milli Mətbuat Günü münasibətilə birgə təşkil etdiyi “Azərbaycan Gömrüyü - bu gün və sabahın çağırışları” mövzusunda fərdi jurnalist yazıları müsabiqəsinin yekunları ilə bağlı mükafatlandırma mərasimi keçirilib.

“Qafqazinfo” xəbər verir ki, DGK sədri Səfər Mehdiyev media nümayəndələrini təbrik edib, onlara xoş arzularını çatdırıb.

Səfər Mehdiyev gömrük xidmətinin KİV nümayəndələri ilə qarşılıqlı səmərəli işgüzar münasibətlərin qurulmasında və inkişaf etdirilməsində maraqlı olduğunu diqqətə çatdırıb.

Dövlət Gömrük Komitəsi və Mətbuat Şurasının birgə təşkil etdiyi müsabiqənin də gömrük işinin təbliğini, habelə ictimaiyyətlə gömrük arasında əlaqələrin daha da inkişaf etdirilməsini təmin edəcəyinə ümidvar olduğunu bildirən Səfər Mehdiyev müsabiqə iştirakçılarına təşəkkürünü bildirib, jurnalistlərə yeni yaradıcılıq uğurları arzulayıb.

Çıxışlardan sonra müsabiqədə iştirak edən jurnalistlər mükafatlandırılıb.

 Azərtac-ın əməkdaşı Elvin Camalov, “Qafqazinfo” internet qəzetinin əməkdaşı Günel Türksoy və CBC televiziyasının əməkdaşı Vəfa Şəhlayi müvafiq olaraq 1, 2 və 3-cü yerlərə layiq görülüblər.

“Real” TV-nin əməkdaşı Afət Telmanqızı və APA informasiya agentliyinin əməkdaşı Aqşin Rafiqoğluna müsabiqənin xüsusi mükafatı verilib.

Qaliblərə diplom və hədiyyələr təqdim olunub.

Qeyd edək ki, müsabiqəyə ümumilikdə 27 yazı təqdim olunub və onlardan 10-u həvəsləndirici mükafatlarla təltif edilib.